ArxivXəbər lentiXəbərlər
Ermənistanda müxalifət liderinin 250-dən çox tərəfdarı saxlanılıb

Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) binası qarşısında toplaşan 250-dən çox fəalı saxlayıb. Onlar “Çiçəklənən Ermənistan” müxalif parlament fraksiyasının lideri, iş adamı Qagik Sarukyan dindirildiyi üçün burada toplanıb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidməti məlumat yayıb. “Ermənistan hökumətinin qərarına əsasən, fövqəladə vəziyyət zamanı respublika daxilində hər hansı bir kütləvi aksiya keçirmək qadağandır. İyunun 14-də bir qrup şəxs bu qərara məhəl qoymadan MTX binası yaxınlığında kütləvi aksiya keçirib. Polis aksiya iştirakçılarının 252-nə qarşı inzibati həbs tədbirini həyata keçirib”, – deyə məlumatda bildirilir.
|