ArxivXəbər lentiXəbərlər

Dindarlar Abgül Süleymanovun saxlanıldığı həbsxanaya gedib (Foto)

Xəbər verdiyimiz kimi Hacı Abgül Süleymanovun vəkili Zaman Səmədov dünən onunla görüşüb. Vəkilin sözlərinə görə, Hacı Abgül Süleymanovun səhhətində ciddi problemlər yaranıb: “Ağrılar səbəbindən bizlə görüşə gəlməyə imkanı olmadı. Onun mədə-bağırsaq orqanlarında ağrıları var. Hazırda yerdə yatır. O, heç ayağa da dura bilmir. Onun təcili şəkildə ixtisaslaşdırılmış xəstəxanaya köçürülməsi lazımdır.”
Bu gün isə onlarla inanclı Hacı Abgül Süleymanovun saxlanıldığı 8 saylı qapalı tipli həbsxanaya üz tutaraq ona dəstəklərini bildiriblər. İslamazeri.az-ın xəbərinə görə, inanclılar həbsxana rəhbərliyindən Hacı Abgül Süleymanovun tez bir zamanda Penitensiar Xidmətin ixtisaslaşdırılmış xəstəxanasına köçürülməsini tələb ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button