Islam

Dini rəhbərlik siyasi rəhbərlikdən ayrıdırmı?

tutyutyut2imame4747475823

 

İslam təlimlərinə əsasən Əhli-beyt (ə) inasanlar üçün təkcə elmi, əxlaqi və mənəvi nümunə deyil, əksinə ilahi hikmət və onların kamil şəxsiyyətləri bu müqəddəs insanların cəmiyyətdə siyasi rəhbərliyi də öhdələrinə götürməyini tələb edir.

 

Dini rəhbərlik siyasi rəhbərlikdən ayrıdırmı?

Dinin məqsədləri və onun ictimai səhnədə iştirakının əhatəsi barəsində iki baxış var. Bəziləri dindən belə çıxarış əldə ediblər ki, peyğəmbərlərin dindən məqsədi yalnız Allaha və axirətə dəvət olub. (Mehdi Bazərqan, “Axirət və Allah peyğəmbərlərin göndərilməsinin hədəfi”, s.36)
Elə bu səbəbdən dinin dünyəvi idarəçilik və siyasətdə heç bir missiyası olmadığını düşünürlər. (Əbdülkərim Suruş, “Mudara və müdiriyyət”, s.181-191)

Dinin müdaxilə dairəsini əxlaq və mənəviyyat ilə məhdudlaşdırırlar.
Bu iddia dindarlığın siyasətdən nəzəri baxımdan ayrılması ilə məhdudlaşmır və əməldə də dinin siyasətdən ayrılmasına səbəb olur. Nəticədə İslamın həqiqi rəhbərləri cəmiyyətin və ictimai işlərin idarəçiliyindən, valilikdən kənar qalırlar və yalnız əxlaqi və mənəvi işlərdə insanlar üçün əməli nümunələr olurlar.
Sekuliarizm tərəfdarları dinin siyasətdən və cəmiyyətdən ayrı olmasını göstərmək üçün çox səylər ediblər, bu barədə fərqli baxışlar göstəriblər. Sekuliarizmin müxtəlif və fərqli baxışları olmasına baxmayaraq bütün baxışların müştərək nöqtəsi dini rəhbərlərin cəmiyyətdə siyasi rəhbərliyini inkar etməkdir.
Odur ki, bütün dini rəhbərlər, Peyğəmbər (s), pak imamlar və qeyb dövründə şiə fəqihləri yalnız insanlar üçün mənəvi nümunə hesab olurlar və onların siyasi rəhbərliyi inkar edilir.

Həmin iddiaya əsasən həzrət Peyğəmbər (s), həzrət Əli (ə) və imam Həsən (ə) kimi dini rəhbərlərin tarixin müəyyən dönəmində siyasi rəhbər olmaları və bir ölkənin siyasətini və başçılığını öhdələrinə götürmələri siyasətin və hakimiyyətin dini bir məsələ olması demək deyil. Əksinə onlar cəmiyyəti idarə etmək gücünə malik layiqli şəxslər olduğu üçün tarixin müəyyən dönəmində xalqın istəyi ilə və xalq tərəfindən hakim təyin ediliblər.

Misirli alim Əli Əbdul-Rəzzaq belə bir iddiası olan şəxslərdəndir. O bəzi Quran ayələrinə istinad edərək İslam Peyğəmbərinin (s) siyasi hakimiyyətini inkar edir və o həzrəti mənəvi və əxlaqi nümunə kimi tanıtdırır.
Bu iddiaya cavab olaraq demək lazımdır:
Həzrət Əli (ə) öz İlahi vilayətinin zəruriliyini, vacibliyini qəbul etməklə yanaşı xalqın onu qəbul etməsini bu vilayətin, rəhbərliyin gercəkləşməsi üçün şərt bilir və deyir: “Allahın rəsulu mənimlə əhd bağlayıb dedi: Ey Əbu Talibin oğlu, ümmətimin vilayəti, rəhbərliyi sənin haqqındır. Əgər düzgün və sağlam şəkildə səni özlərinə rəhbər etsələr və bu barədə aralarında vəhdət olsa, onların işini öhdənə götür və qəbul et. Yox əgər sənin barəndə aralarında ixtilaf, fikir ayrılığı olsa, onları öz istəklərinə burax. Çünki Allah sənin üçün rəhmət qapılarını açacaq.”

Hakimiyyət Allaha məxsusdur. Qurana əsasən hökumət Allaha aiddir və hakimiyyətdə heç bir şəxs Allaha şərik deyil. (bax:” İsra”, 111) Özlərini müstəqil olaraq hakim bilənlər, yaxud insanların qəlblərinə Allahı cəmiyyətə isə özlərini hakim bilənlər Allaha şərik qoşanlardır, Allah onlar barəsində buyurur: “Heç bir kəs Ona Öz hökmundə şərik deyil.” (“Kəhf”, 26)

Tövhid məntiqinə əsasən hakimiyyət məsələsində heç kəs Allaha şərik ola bilməz: “Və sizin üçün Allahdan başqa heç bir hakim, vəli yoxdur.” (Bərəqə, 107)

Təbiidir ki, yer üzərində ilahi hakimiyyət o zaman gercəkləşir ki, Allah tərəfindən bir insan seçilir və bu şəxs əməli olaraq cəmiyyətdə xalqa rəhbərlik edir. Bu məntiqə əsasən həzrət Əli (ə) xəvaricin “La hukmə illa lillah”, “Allahdan başqa heç bir hökm verən yoxdur” şüarına belə cavab verir: Hakimiyyətin Allaha məxsus olması düzgün məntiqdir, lakin bu o demək deyil ki, Allah insanlar üzərində heç bir vasitəsiz hakimlik edir. Əksinə cəmiyyətdə İlahi hakimiyyət müəyyən bir insanın hakimliyi ilə gerçəkləşir və bu insan Allahın razı qaldığı, seçdiyi bir şəxsdir.

Quranda möminlərin dilindən Allaha belə müraciət olunur:” Bizim üçün öz tərəfindən vəli və hakim təyin et.” (Nisa, 75) Başqa bir ayədə isə buyurulur:” Həqiqətən sizin vəliniz Allah və onun rəsuludur.” (Maidə, 55)
Təbiidir ki, Peyğəmbərin (s) Allahla yanaşı olması Onun şəriki olması demək deyil. Çünki Allahın heç bir şəriki yoxdur. Əksinə, Peyğəmbər (s) Allahın yer üzündə hakimiyyətinin icraçısı, canişinidir.

İslamın eyni zamanda həm dünyanı, həm də axirəti düşünməsi

Dünya və dünya həyatına etinasızlığı təbliğ edən və dinin cəhətini axirətə yönəldən məsihilik kimi dinlərin əksinə olaraq İslam dini sonuncu din olaraq (bu dinin bütün şəxslər, bütün zamanlar, bütün məkanlar və həyatdakı bütün işləri əhatə etməsi üçün bir çox əqli və nəqli dəlillər var) sekuliarizmi inkar edir, dinin cəmiyyətin bütün ərsələrində iştirakı olduğunu və bütün şəraitlər və mövqelərdə xüsusi hökm və tövsiyə verdiyini bildirir.

Doğrudur, din təlimlərinin bir çoxu axirətə aid olur, lakin bu məsələnin bir tərəfidir. İslamın axirət yönlü məsələləri həyatın məntnindən və dünyəvi məsuliyyətlərdən ötüb keçir.
Bu təlimlər İslam dininin böyük bir hissəsini özünə aid edir:

Möminlərin ictimai vəzifələri

Quran ayələrində Allahın peyğəmbərlər göndərməkdə məqsədinin ədalətin bərpa olunması olduğu bildirilir. Elə bu səbəbdən kitabdan əlavə “ölçü”, “dəmir” ifadələrindən də istifadə olunur. (bax: Hədid, 25)
Möminlər Allah yolunda, ədaləti bərpa etmək üçün qiyama çağırılır, tağutdan çəkindirilir, Allahın və Rəsulunun (s) canişinləri olan əmr sahiblərinə itaətə, Allah yolunda cihada, düşmənlə vuruşmaq üçün güc əldə etməyə, dini cəmiyyətdə vəhdətin qorunmasına, müsəlmanlarla mehribanlığa, kafirlərə qarşı sərt olmağa, bir-birlərinə köməyə, ümumi və hökumət işlərində məsləhətləşməyə dəvət olunurlar. (bax: Nisa, 135; Nəhl, 36; Nisa, 59, 75; Ənfal, 60;Ali-imran, 103, 105; Ənfal, 46; Hücərat, 29; Maidə, 2; Ali-imran, 159)
Həmçinin Qurani-kərimdə müsəlmanların yaxşılara dəvət və pisliklərdən çəkindirmək ictimai vəzifəsini yerinə yetirən ən gözəl ümmət olduğu bildirilir. (bax: Ali-imran, 110)

 

Şiə fiqhinin siyasi əhatəsi

Ayələr, rəvayətlər və şiə fiqh kitablarında tez-tez aşağıdakı mövzulara rast gəlinir:
Şəri hakimə beyət və itaət; hakimlərin qeyri-qanuni, qeyri-şəri əmrlərinə tabe olmamaq; İslam hakimiyyətinin gerçəkləşməsi uğrunda cihad; İslam ölkələrinin müdafiəsi; müsəlman başçılarına nəsihət; şəriət qanunlarını pozanların cəzalandırılması; hökumət vergisi ünvanında xüms və zəkatın yığılması. Bütün bunlar ya özləri siyasi-ictimai işlərdirlər, ya da ki, onların siyasi-ictimai nəticəsi olub.
Mühüm nöqtə budur ki, din bu kimi siyasi və dövlət məsələlərinə toxunmaqla kifayətlənmir və bu işlərin icrasının (bu işlərin icra olunması üçün əksər hallarda dövlət qurulmasına və ya dövlətin idarə edilməsinə ehtiyac görülür) şiə fiqhində Allah tərəfindən təyin olunmuş şəri hakimə, məsum imamlara və qeyb dövründə onların canişinlərinə, yəni fəqih hakimə tapşırıldığını görürük.

İslamın əvvəllərində dini hakim ilə siyasi hakimin ayrı olmaması

İslam Peyğəmbərinin (s) besətindən həzrət Əlinin (ə) xəlifəlik dövrünədək olan tarixi gedişat dini hakimlə siyasi hakimin fərqli olmamasına və din başçılarının siyasətə müdaxiləsinə bir şahiddir. Bu mövzuda şiə ilə sünnü arasında heç bir ixtilaf yoxdur. Əhli-sünnənin siyasi yolu İslamın əvvəlində xəlifələrin yoluna əsaslanır.
Əhli-sünnə Peyğəmbərin (s), xəlifələrin rəftarını meyar seçir, siyasi məsələlərdə onların nümunə olmasını zəruri bilir.

Tarix göstərir ki, siyasi hakimiyyətin dini rəhbərlikdən ayrılması məsələsi Müaviyənin sultanlığı dövrünə qayıdır. Sonra da bir çoxları Müaviyəyə ardıcıllıq etdilər və Bəni-Üməyə, Bəni-Abbas xəlifələrinin xilafəti də bu formada oldu. Lakin bundan əvvəl bu barədə müsəlmanlar arasında azca belə şübhə, tərəddüd yox idi.
Məsum imamların nümunə rəhbərliyi üçün ən üstün sübut həzrət Əlinin (ə) Qədir-xum hadisəsi zamanı canişin təyin olunması idi. Həzrət Məhəmməd (s) vəhyə əsaslanaraq həzrət Əlini (ə) cəmiyyətdə öz canişini olaraq tanıtdırdı və xalqdan beyət aldı: ” Mən sizin üzərinizdə özünüzdən daha çox ixtiyar və vilayət sahibi olduğum kimi, Əli də (ə) sizin üzərinizdə belə bir hakimiyyətə, vilayətə sahibdir.”

Hakimiyyətin qanuniliyi barəsində həzrət Əlidən (ə) hədislər

Həzrət Əlinin (ə) hakimiyyəti barəsində yuxarıdakı iddiaların əksinə olaraq bir çox rəvaytələrdə o həzrət hakimlərin (ümumi olaraq) və öz hakimiyyətinin (xüsusi hal olaraq) qanunilik səbəbini Allahın təyin etməsi kimi göstərir. Bu rəvayətlərdən bəzilərinə işarə edək:
Həzrət “Şəqşəqiyyə” xütbəsində hakimliyin əsas səbəblərindən birini Allahın alimlər və din rəhbərlərindən aldığı əhd-peymanda görür; bu əhdə əsasən uyğun şəxslər zalımların zülmü və məzlumların aclığı qarşısında sükut etməməlidirlər. “Əgər beyət edən müştaq kütlələr olmasaydı və yoldaşların, köməkçilərin olması səbəbindən mənə höccət tamamlanmasaydı, həmçinin Allahın alimlərədən aldığı əhd-peyman (zalımın toxluğu və məzlumun aclığı qarşısında sükut etməmək barədə əhd) olmasaydı, xilafət dəvəsinin cilovunu onun belinə atardım (onu buraxardım). (Nəhcül-bəlağə, 3-cü xütbə)

Həzrət Əlidən (ə) nəql olunan bir çox rəvayətlərə görə siyasi hakimiyyət onun haqqı olub. İbn Əbil-hədid bu rəvayətlərin mütavatir, düzgün olduğunu deyir və onlardan bəzilərini qeyd edir. O cümlədən həzrət buyurur:” Bizim haqqımız var. Əgər onu bizə versələr alacağıq. Yox, əgər mane olsalar ondan keçəcəyik.” (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-hədid, c.9, s.306-307)

Məsum imamların rəhəbr nümunəsi olmaları barəsində ən üstün şahid həzrət Əlinin (ə) Qədir-xum hadisəsində Peyğəmbər (s) tərəfindən canişin təyin olunmasıdır. Həzrət Məhəmməd (s) vəhyə əsaslanaraq həzrət Əlini (ə) cəmiyyətdə öz canişini olaraq tanıtdırdı və xalqdan belə beyət aldı: “Mən sizin üzərinizdə özünüzdən daha çox ixtiyar və vilayət sahibi olduğum kimi, Əli də (ə) sizin üzərinizdə belə bir hakimiyyətə, vilayətə sahibdir.”
Kibirli dövlətələr, zalımlar ruhaniyyət və hövzələrin mütləq şəkildə yox olmasından naümid olduqda, zərbə vurmaq üçün iki yol seçdilər; qorxutmaq, zor işlətmək və boşluq tapıb, nüfuz etmək.
Hədə-qorxular cavab vermədikdə boşluqlardan nüfuz etməyə səy etdilər. Ən birinci və ən mühüm hərəkət dinin siyasətdən ayrılması şüarını təbliğ etmək oldu. Təəssüf ki, bu hiylə hövzə və ruhaniyyətə müəyyən qədər təsir etdi… (İmam Xumeyni (r) )

Qeyd edək ki, məsum imamların cəmiyyətin nümunəvi siyasi rəhbərləri olduğunu bildirən və həzrət Əlinin (ə) siyasi rəhbər olmasının əsasını göstərən bu kimi rəvayətlər o həzrətin rəhbərliyinin xalqın istəyi ilə olmasını göstərən rəvayətlər ilə təzad daşımır. Əksinə, bu rəvayətlər Allah tərəfindən verilən hüquqla yanaşı xalqın onu qəbul etməsinə işarə edir.

Həzrət Əlidən (ə) nəql olunan rəvayətdə o həzrət öz İlahi rəhbərliyinin bir vacib olduğunu bildirdikdən sonra xalqın onu qəbul etməsini bu vilayətin gerçəkləşmə şərti kimi göstərir:
“Allahın rəsulu mənimlə əhd bağlayıb dedi: Ey Əbu Talibin oğlu, ümmətimin vilayəti, rəhbərliyi sənin haqqındır. Əgər düzgün və sağlam şəkildə səni özlərinə rəhbər etsələr və bu barədə aralarında vəhdət olsa, onların işini öhdənə götür və qəbul et. Yox əgər sənin barəndə aralarında ixtilaf, fikir ayrılığı olsa, onları öz istəklərinə burax. Çünki Allah sənin üçün rəhmət qapılarını açacaq.”
Dini mənbələrə, rəvayətlərə, Əhli-beyt (ə) yoluna nəzər saldıqda məlum olur ki, onlar xalqın təkcə əxlaqi və mənəvi nümunələri olmayıblar, əksinə İlahi hikmət və onların kamil şəxsiyyətləri cəmiyyətdə siyasi rəhbərliyi də öhdələrinə götürməyi tələb edir. Elə bu səbəbdən onların hakimiyyəti də müsəlmanlar üçün dini nümunə hesab olunur.

 

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button