ArxivXəbər lentiXəbərlər

Diplomatik uğurları ilə öyünən Netanyahu Azərbaycanı Əfqanıstanla səhv salıb

  • Dünən seçki kampaniyası çərçivəsində rəhbərlik etdiyi “Likud” partiyasının üzvlərilə görüşü zamanı çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanı Əfqanıstanla səhv salıb.

  felestin.info- ya  istinadən  xəbər verir ki, öz rəhbərliyi dövründə İsrailin beynəlxalq arenada əldə etdiyi uğurları sadalayan Netanyahu səfər etdiyi ölkələri sayıb və bu zaman Azərbaycan əvəzinə Əfqanıstanı qeyd edib.

İşğalçı rejimin hökumət rəhbəri həmin çıxışında belə deyib: “Mən Pekində, Tokyoda, Rio-de-Janeyroda, Nyu-Dehlidə, həmçinin Çadda, Omanda, Əfqanıstanda, Qazaxıstanda, Avstraliyada və Sinqapurda dünya liderlərilə görüşərkən sizi təmsil etməkdən, İsrail xalqını təmsil etməkdən qürur duyurdum”.

Netanyahunun Əfqanıstanın adını çəkməsi dinləyicilər arasında təəccüblə qarşılanıb. Çünki işğalçı rejimin Əfqanıstanla heç bir diplomatik əlaqəsi yoxdur və qarşılıqlı səfərlər də baş tutmayıb.

Çıxışına düzəliş vermədən davam etməsi siyasi analitiklər arasında şübhələrə səbəb olub. Belə ki, Netanyahunun texniki səhvə yol verdiyi, yoxsa məqsədli şəkildə siyasi mesaj ötürdüyü barədə fikirlər yaranmağa başlayıb. Hətta İsrailin bəzi media qurumları Netanyahunun çox ciddi bir siyasi sirri açıqladığını da yazıb.

Lakin çıxışından sonra öz “Twitter” səhifəsində açıqlama yazan Netanyahu Əfqanıstanı deyil, Azərbaycanı nəzərdə tutduğunu qeyd edib: “Mən əslində Azərbaycanı nəzərdə tutmuşdum, ancaq kim bilir, bəlkə növbəti kabinet müddətində Əfqanıstana da səfər etdim…”.

Qeyd edək ki, işğalçı rejimin baş naziri bundan əvvəlki çıxışlarında da ölkə adlarını səhv salıb. Belə ki, ötən dekabrda Netanyahu öz həyat yoldaşının Nikaraquada rəsmi səfərdə olduğunu bildirib, lakin onun arvadı əslində Qvatamelada səfərdə olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button