ArxivFatimi yaşayişXəbər lentiXəbərlər
Dözülməz istidə…

Dözülməz istidə…
Qafqaz mədəniyyət mərkəzi-“Vay halına o namaz qılanların ki, onlar öz namazlarında səhlənkardırlar.”
(“Maun” surəsi, ayələr 4 və 5)
Aşura gününün günorta vaxtı idi. İsti hava hamını əldən salmışdı. Toz-torpaq hər yeri bürümüş, yerdə qan axırdı. Susuzluğun şiddətindən dili ağızda hərəkət etdirmək olmurdu.
Başını göyə qaldırıb səmaya baxdı. Sonra üzünü imam Hüseynə (ə) tutub dedi: – Mənim sərvərim! Zöhr namazını vaxtı çatıb.
İmam səmaya baxdı və onun üçün dua etdi. Sonra düşmənin gözü qarşısında, hətta bütün dünyanın gözü qarşısında özünün sonuncu namazını qıldı ki, əbədi olaraq hamı başa düşsün:
Namaz heç zaman tətil olmur.