ArxivXəbər lentiXəbərlər
Ermənistanda izdihamlı aksiya – FOTOLAR

Bu saatlarda İrəvanın Azadlıq meydanında yürüş-mitinq keçirilir. Etiraz aksiyası 2008-ci ilin qanlı hadisələrinin onuncu ildönümünə həsr edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiyanı Ermənistan Milli Konqresi və Xalq Partiyası təşkil edib. 1 mart qurbanlarının xatirəsinə həsr olunmuş aksiya əvvəlcə yürüş şəklində başlanııb, sonra isə etirazçılar Myasnikyanın abidəsi qarşısında toplaşıb. Məlumata görə, əllərində 1 mart qurbanlarının şəkillərini daşıyan, cinayətkarların cəzalandırılmasını tələb edən aksiyaçıların sırasına parlamentdəki müxalif “Çıxış” blokunu təmsil edən deputatlar və onların tərəfdarları da qatılıb.