ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Dumanın spikeri: “Biz əməliyyata başlamasaq, bunu NATO edəcəkdi”
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib: “Əgər Rusiya indi Ukraynada xüsusi hərbi əməliyyata başlamasaydı, o zaman ertəsi gün NATO Ukrayna millətçilərinin əli ilə əməliyyata başlayacaqdı.”
,Rusiya Dövlət Dumasının spikeri sonra belə əlavə edib: “Rusiya Ukraynada əməliyyata başlamasaydı, düz ertəsi gün NATO Ukraynadakı neonasistlərin əli ilə başlayacaqdı. Biz vaxtında yetişdik, yüz minlərlə insanın həyatını xilas etdik”, – Volodin “Rossiya 24” telekanalının efirində deyib.
Spiker Rusiyanın başqa çıxış yolunun olmadığını da vurğulayıb: “Baxın, NATO Ukraynanı nə qədər silahla doldurub. Əgər xüsusi sülhməramlı əməliyyata başlamasaydıq, bütün bunlar hamı üçün faciəvi nəticələrə səbəb olacaqdı”.