Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri deyib: “Hüseynçi türkdilli şairlərin ilk beynəlxalq konqresi 7-8 noyabrda xalq proqramı, heyət və dəyərləndirmə olmaqlaüç əsas hissə çərçivəsində keçiriləcək”.
Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri “Şəbistan” xəbər agentliyinin müxbirinə verdiyi müsahibəsində deyib: “Hüseynçi türkdilli şairlərin ilk beynəlxalq konqresi Ərdəbil şəhərinin ev sahibliyi ilə Məhərrəm və Səfər ərəfələrində keçiriləcək. Konqresin keçirilməsində məqsəd imam Hüseynin (ə) həyatının çatdırılması və yayılması yolunda zəhmət çəkəntürkdilli şairlərin əməyinin dəyərləndirilməsidir”.
İshaqi konqresin xalq proqramı, heyət və dəyərləndirmə olmaqlaüç əsas hissə çərçivəsində baş tutacağını vurğulayaraq deyib: “Konqres İmam Səccadın (ə) şəhadət günü ilə eyni zamanda7-8 noyabrda xarici qonaqların və ölkənin Hüseynçi şairlərinin iştikarı ilə Fədək mədəniyyət kompleksinin Şəms Əttar Ərdəbili salonunda keçiriləcək”.
Konqresin keçirilməsində əsas məqsədin əhli-beyt (ə) mədəniyyətinin, əsasən də hüseynçi və Aşura xalis mədəniyyətinin xalq arasında tanınması olduğunu vurğulayan İshaqi artırıb: “Xüsusi bir proqramda hüseynçi mədəniyyət sahəsinin xadimləri, əsasən də nəşriyyat, şer və ədəbiyyat sahələrinin xadimlərinin işləri dəyərləndiriləcək”.
Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsinin müdiri müsahibəsinin davamında bildirib: “Tədqiqatçılar ən çoxu üç əsər konqresin katibliyinə göndərə bilərlər. Əsərlər üç mövzu üzrə: “Həzrət Məhəmməd Mustafa (s) rəhmət və mehribanlıq elçisi”, “Həzrət Əba Əbdillah Hüseyn (ə) eşqin ölməz ruhu zaman bədənində”, “Həzrət Əbəlfəz Abbas (ə) Bəni-Haşimin nurlu ayı” ola bilər”.
Həmçinin İshaqi bildirib ki, tədqiqatçılar öz əsərlərinin 22 oktyabra kimi konqresin katiblliyinə göndərə bilərlər. O, əsərlərin mövzuları barədə daha geniş açıqlama verərək deyib: “Konqresin əsər toplantısı Rəsuli-əkrəmin (ə) fəzilətləri, məhəbbəti, pak sünnəsi; həzrətimam Hüseynin (ə) fəzilətləri, mövludu, vilayəti, şəhadəti, məhəbbəti; həzrət Əbəlfəzin dünyaya gəlməsi, şəxsiyyəti, əxlaqi fəzilətləri, vilayəti qəbul etməyi və vilayətçiliyi, vəfadarlığı, dilavərliyi, rəşadəti və şəhadəti haqqında ola bilər. Konqresin katibliyinin ünvanı belədir: Ərdəbil, Şəhid Mütəhhəri prospekti, Bimeyi-İranın kənarı, Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsi”.
Qeyd edək ki, hüseynçi türkdilli şairlərin ilk beynəlxalq konqresi Ərdəbil əyalətinin Ümumi Mədəniyyət Şurasının təşəbbüsü və Mədəniyyət və İslam İrşadı Nazirliyi, Mədəniyyət və Əlaqələr Təşkilatı, Ərdəbil valiliyi, Ərdəbil əyalətinin Mədəniyyət və İslam İrşadı İdarəsi, Mədəniyyət və İncəsənət Mərkəzindən dəvət olunmuş qonaqların iştirakı ilə keçiriləcək.