AİP `Qədir-Xum` günü münasibəti ilə tədbir keçirdi – FOTO

Hacı Zülfüqar: “Müsəlmanların ən böyük problemi Qədir-Xumun əsil mahiyyətini dərk etməməkdir”
Mübarək Zilhiccə ayını yaşayırıq. Bu ayın bir çox fəzilətli məqamları var. Peyğəmərimiz (s) Zilhiccə ayının insanlar üçün böyük önəmini bu sözlərlə diqqətə catdırb: ”Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir».
Bu ay həm də özünün əzəmətli günləri – Həzrət Əli (ə) ilə Xanım Fatimeyi Zəhranın (s.ə) izdivac günü, Tərviyə günü, Ərəfə günü, Qurban bayramı, “Qədir-Xum”bayramı, Mübahilə günü, İmam Əlinin (ə) rüku halında üzüyünü sədəqə verməsi günləri ilə məşhurdur. “Qədir-Xum” bayramı kimi İslam tarixinə daxil olmuş bu ələmətdar gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dindarlar tərəfindən geniş qeyd edilir.
İslaminsesi.org saytının verdiyi xəbərə görə, dünən Azərbaycan İslam Partiyası, o cümlədən ölkənin tanınmış ruhanilərinin iştirakı ilə “Mədinə gül” restoranında “Qədir-Xum” günü münasibətilə tədbir keçirilib.
Məclis ruhani kərbəlayi Qədir Məmmədovun ifasında Qurani-Kərimin tilavəti ilə başlayıb.
AİP sədr əvəzi Hacı Elçin Manafov müqəddəs gün münasibətilə qonaqları təbrik edərək, bu günün mahiyyətindən danışıb və partiya sədri Hacı Mövsüm Səmədova qarşı hazırki təzyiqlərdən söz açıb, bu vəziyyətin hamını narahat etdiyini deyib:
”Hacıya qarşı sentyabrın 9-da verilən Qobustan qapalı həbsxanasına köçürülməsi haqda məhkəmə qərarı çox böyük haqsızlıqdır. Partiya adından bəyan edirəm ki, sədrimizin hüquqlarının müdafiəsi və azadlığı üçün bütün lazımi tədbirlər görüləcək. Biz bura əslində hacı Mövsüm Səmədov haqqında narahatlığımızı bölüşməyə yığışmışıq. Belə ki, dünən hacı Mövsümün yenidən “karsa” salındığı xəbərini eşitmişik. Ona qarşı təzyiqlərin davam etdirilməsi bizim narahatlığımızı artırıb. Biz bu tədbirdən sonra həbsxanaya gedib hacıya qarşı təzyiqlərə son qoyulması tələbilə etiraz aksiyası keçirəcəyik.”
”Hacıya qarşı sentyabrın 9-da verilən Qobustan qapalı həbsxanasına köçürülməsi haqda məhkəmə qərarı çox böyük haqsızlıqdır. Partiya adından bəyan edirəm ki, sədrimizin hüquqlarının müdafiəsi və azadlığı üçün bütün lazımi tədbirlər görüləcək.”
Quran hafizi hacı Zülfüqar Mikayılzadə “Qədir Xum” haqda Quranın Maidə surəsinin ayəsini təfsir edərək, bu gün kafirlərin məyus olduğunu dedi:
”Çünki kafirlər nəyəsə ümid edirdi, lakin onlar məyus oldular. Onlar nəyə ümid edirdi? Müsəlmanlar arasında vəhdətin zəifləməsinə…
Kafirlərin əsas məyusluğu “Qədir Xuma” görə idi. Bu gün biz məhz vəhdətin zəifliyindən, dirəniş, müqavimət mərkəzinin olmamasından əziyyət çəkirik. Düzdü biz İmaməti təbliğ edirik, İmamətdən danışırıq, bayramlar təşkil edirik. Amma çoxları dərk etmir ki, bu günki çətinliyimizin əsas səbəbi İmamətin məğzini başa düşməməkdir. Məgər İmamət bizə demir ki, gərək aranızda bir rəhbər olsun. İmamət budur ki, Peyğəmbərdən sonra ümmət başsız qala bilməz. Sənin evində də bir rəhbərə, cəmiyyətdə sözü keçən şəxsiyyətə ehtiyac var. Bu gün müsəlman ümmətinin ən böyük problemi budur. Vacib deyil ki, filankəs rəhbərdir, deyək. Amma elə bir təfəkkürdə olmaq lazımdır ki, zahirdə olmasa da əməldə bir-birimizi dəstəkləyək. Ola bilər, haçansa digər birini dəstəkləyəcəyik. Amma ümumi anlamda bizim əmr aldığımız bir istinad nöqtəmiz olmalıdır. Bu vacib məqamlar hazırda bizim aramızda mövcud deyil.
Hacı Mövsümə, digər islamçılara təzyiqlər göstərirlər. Amma biz buna necə müqavimət göstərəcəyimizi bilmirik. Ona görə ki, bizim belə bir problemimiz var. Əgər bizim bağlılığımız, hətta bir ruhani dərəcəsində olsaydı belə, bu problemlərimiz olmazdı.
Hacı Mövsüm həbs olunan vaxtlarda müsahibə almağa belə bir adam tapılmırdı. Hamının telefonu bağlı idi. Yenə də təzyiqlər başlasa, həmin şey olacaq. Çünki biz“Qədir-Xum”un mahiyyətini başa düşməmişik. Bizim bağlılığımız səmimi deyil. Kafirlər o vaxt gözləyirdilər ki, məsələn, o vaxtki imperiyalar Peyğəmbərdən(s)sonra yenidən Ərəbistanı işğal edəcəklər. Amma “Qədir-Xum”da Peyğəmbər Əlinin(ə) vilayətini elan edəndən sonra, yəni 12 imam vilayətini elan edəndən sonra, kafirlər məyus oldular.
Lakin Quran ayələri deyir ki, siz zərbəni onlardan deyil, özünüz özünüzdən alacaqsınız. Siz Allahdan qorxmasanız ixtilaf və nifaq edəcəksiniz, bununla da İslam dünyasına zərbə vuracaqsınız. Bu gün də düşməndən qorxmaq lazım deyil. 5 nəfər əsil mömin olarsa, heç zaman onun liderinə təzyiq göstərən olmaz. Bəziləri Kərbəla, İmam Hüseyn yolunda olduğunu deyir, lakin bu ruhiyyə onlarda hiss olunmur”.
Natiq Allahla əhd bağlayan insanların cətin gündə bilindiyini, möminlərin süst olmalarının iman zəifliyindən irəli gəlidiyini diqqətə çatdırdı. Hər bir möminin səbrli olmağının vacibliyini, səbrin isə məntiqlə, ağılla hərəkət etmək olduğunu açıqladı.
AİP-in siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli günümüzdə İslama qarşı təzyiqlərin, əsasən hakim güclərin iqtidardan getmək qorxusu ilə əlaqələndirdi. O, hacı Mövsüm Səmədovun 2012-ci ildə haqsız həbsindən bu günə qədər, partiyanın onun azadlığı istiqamətində atdığı addımlardan, görülən işlərdən söz açdı:
“Biz ədalətin olmadığı məkanda, ədalət carçısının sevilmədiyi bir cəmiyyətdə hacı Mövsümün prezident seçkilərinə namizədliyinin irəli sürüldüyü vaxt, minlərlə insanın onu dəstəklədiyinin şahidi olduq. Son qərəzli hadisələr də onu göstərir ki, bu gün biz, islamçı qüvvələr sınağa çəkilirik.
Hüccətul islam vəl muslimin Hacı Əli Behişti təbrik sözü ilə çıxış edərək Əli(ə) ziyarətnaməsini oxudu və mərasim dualarla yekunlaşdı. /