ArxivFatimi yaşayişFilmIslammədəniyyatŞəkilSosialXəbər lentiXəbərlər
Dünyada Hüseynsevərlər Məhərrəm-Səfər əyyamına hazırlaşır – FOTO/VİDEO

Maide.Az “deyerler.org”a istinadla xəbər verir ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Ərdəbildə ənənəvi olaraq Məhərrəm-Səfər əyyamının daxil olmasına bir neçə gün qalmış artıq əzadarlıq mərasimləri başlanıb. Kovid-19 protokollarına riayət etməklə Ərdəbildə Əhli-beyt (ə) sevdalıları əzadarlıqlara başlayıb. Mərasimlər həm sosial məsafə gözləməklə məscid və hüseyniyyələrin daxilində, həm də məscidlərin həyətlərində keçirilir.



Əba Əbdillah Əl-Hüseynin (ə) aşiqləri Məhərrəm-Səfər əyyamı yaxınlaşdıqca məscidlər və hüseyniyyələri matəm üçün hazırlayırlar.
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki Ahlul-Bayt İslam Mərkəzi 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün qara bayraq və matəm rəmzləri ilə bəzədilib.
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.



Britaniyanın Luton şəhərində Məhərrəm-Səfər əyyamına hazırlıq
Böyük Britaniyanın Luton şəhərindəki İmam Əli (ə) İslam Mərkəzinin üzvləri qara köynək geyinərək, bu ilki Məhərrəm-Səfər əyyamı üçün İslam mərkəzinin məscidini matəmə hazırlayıblar.



Almaniyanın Salman Farsi İslam Mərkəzi Məhərrəmliyə hazırlandı
Almaniyanın Hanover şəhərindəki Salman Farsi İslam Mərkəzinin üzvləri 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün İslam mərkəzinin məscidini qara bayraq və matəm rəmzləri ilə bəzəyiblər.
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.



