ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan yüklərin daşınması üzrə əməkdaşlıqları genişləndirirlər

İran İslam Respublikasının nəqliyyat nazirinin müavini və nəqliyyat infrastrukturlarının quraşdırılması və inkişafı şirkətinin müdiri Əli Nurzad Bakıya olan səfərinin birinci günündə Azərbaycanın nəqliyyat nazirinin müavini Arif Əsgərov ilə görüşüb.

Görüşdə tərəflər iki ölkənin nəqliyyat və yüklərin daşınması üzrə əməkdaşlıq sahələrini araşdırıb, Rəşt-Astara dəmriyolu xəttinin təkmilləşdirilməsini mühüm dəyərləndiriblər.

Əli Nurzad deyib: Azərbaycan Respublikası Rəşt – Astara dəmiryolu xəttinin icrası layihəsinə sərmayə qoymaqla Şimal-Cənub dəhlizində mühüm rol oynaya bilər.

Nurzad həmçinin nəqliyyat üzrə İranın texniki-mühəndislik potensiallarını şərh edərək, birgə əməkdaşlıq yollarının tapılması üçün müştərək işçi qrupunun yaradılmasını təklif edib.

Azərbaycanın nəqliyyat nazirinin müavini Arif Əsgərov da iki ölkənin sürətlə inkişaf etməkdə olan əlaqələrinə işarə edib və deyib: Azərbaycan Respublikasının Rəşt-Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsində iştirakı ciddidir və Astara-Astara dəmiryolu xəttinin icrası üzrə əməliyyat işlərina start verilib və çox yaxşı sürətlə irəliyə doğru gedir.

A.Əsgərov Şimal-Cənub dəmiryolu dəhlizini son dərəcə önəmli adlandırıb və deyib: Bu marşrutun mümkün olduğu qədər tez bir zamanda istifadəyə verilməsinə səy göstərməliyik.

Əsgəriv həmçinin, birgə əməkdaşlıq yollarının tapılması üçün müştərək işçi qrupunun yaradılması təklifini müsbət qarşılayıb və İrana olacaq səfəri zamanı bu məsələni yaxından izləyəcəyini bildirib.

Nurzad həmçinin, yeni Ələt dəniz limanına baxış keçirib. Bu liman Bakının yaxınlığında yaradılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button