Məhərrəmlik və seyyidüşşühəda əzadarlığı günlərilə eyni zamanda Ərdəbil dünyanın hüseynçi türkdilli şairlərinin yığıncağına evsahiblik edəcəkdir. Imam Hüseyn və həzrət Abbas vurğunluğu ilə şöhrət qazanan Ərdəbil Darülirşadında azadlıq bağırtısı səslənəcəkdir.
Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən hüseynçi şairlərinin ilk Ərdəbil qurultayının katibi proqramın uyğunlaşdırıcı iclasında bildirmişdir: Ərdəbil əyalətinin ismət və təharət ailəsi, xüsusilə seyyidüşşühəda və vəfalı qardaşı həzrət Əbəlfəzlin eşqilə məşhur olması baxımından qərara gəlmişik ki, Ərdəbil dünyanın türkdilli hüseynçi şairlərinin yığıncağına ev sahibliyi etsin.
Seyyidnasir İshaqi bildirmişdir ki, bu cür böyük miqyaslı şairlər qurultayında Hüseyn astanının ədibləri və xoş avazlı bülbülləri bir yerə toplaşır ən yeni şeirlərini verəcəklər. O demişdir: bu festivalın əsas hədəfi ismət və təharət əhli-beytinin əsl mədəniyyətini yaymaq və müxtəlif təbəqələri əhli-beyt əxlaqiyyatını qoruma mədəniyyəti ilə tanış etməkdir.
O, festivalın məhərrəmliklə eyni vaxtda olacağını, Noyabr ayında Ərdəbildə keçiriləcəyini bildirərək artırmışdır: dünya türkdilli şairlərinin qurultayının əsas özəyi nur və rəhmət peyğəmbəri, imam Hüseyn və həzrət Abbas fəzilətlərini bəyan etməkdir. Ərdəbil əyaləti mədəniyyət və irşad baş idarəsinin direktoru artırmışdır: iştirak etmək istəyənlər 22 Oktiyabra kimi əsərlərini baş idarəmizdə yerləşən katibliyə göndərməlidirlər. Əlbəttə əsərlərin məzmunu islamın büzürgvür peyğəmbərinin, pak imamların, xüsusilə imam Hüseyn və vəfalı qardaşı həzrət Əbəlfəzlin fəzilət, dostluq və davranışlarını ehtiva etməlidir. İshaqi bildirmişdir: hər kəs üç əsərini qurultaya verə bilər.
Üstünlüyü ilə seçilən əsərlər kitab olaraq çap ediləcəkdir. Ümid edirik ki, qurultayın nətəcəsi layiqli əsərlərin yaradılmasına səbəb olacaqdır ki, hamı bu mənəviyyətdən qidalansın. O demişdir: qonaqpərvərlik sahəsində lazımi tədbirlər görülmüşdür və qurultayın layiqli keçirilməsi üçün digər qurumların da əməkdaşlıq edəcəyinə ümid edirik.