Siyasi məhbus Məhəmmədəli Axundzadə azadlığa çıxıb.
Bu barədə Rakurs.tv-yə Məhəmmədəli Axundzadənin yaxınları məlumat veriblər.
Məlumatda vurğulanır ki, Məhəmmədəli Axundzadə həbs müddətini tam olaraq bitirdikdən sonra 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.
Xatırladaq ki, Məhəmmədəli Axundzadə bu yaxınlarda həbsxanadan azadlığa çıxan siyasi məhbus Ruhullah Axunzadənin oğludur.