ArxivIslamXəbər lentiXəbərlər

Rusiya, İran və Azərbaycan prezidentləri Soçidə görüşəcək

Bu ilin avqustunda Soçidə Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.

qafqaz.ir -nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda Şimali Qafqaz işləri üzrə nazir Serqey Çebotarev Tehranda keçirilən “İran və Şimali Qafqaz: əməkdaşlığın tarix və perspektivləri” konfransın açılışında bildirib.

 

“Biz bu görüşə ümid edirik və ondan yaxşı nəticələr gözləyirik”, – deyə Çebotarev qeyd edib.

 

Onun sözlərinə əsasən, üç ölkənin liderləri, digər məsələlərlə yanaşı, Azərbaycan vasitəsilə Rusiyayla İranı birləşdirən “Şimal – Cənub” nəqliyyat dəhlizinin inkişafını müzakirə edəcəklər ,

 

Xatırladaq ki, “Şimal – Cənub” layihəsi Şimali Avropanı Cənub-Şərqi Asiyayla bir araya gətirməyə., həmçinin Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə hesablanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button