ArxivXəbər lentiXəbərlər

Düşmən nüfuzu ölkə üçün ən böyük təhlükədir

Biz düşmən deyəndə fantastik, təxəyyüli bir mövcud nəzərdə tutmuruq.

Məqsədimiz dünya imperializmidir. İmperialist qüvvələr bu sıradandır. Onların həyatı başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii sərvətləri ələ keçirir, insanları əsarətə alırlar. Bunlar hegemonçu qüvvələr, imperialistlərdir. Başqa sözlə, imperialist qüvvə başçılarıdır.

Bizim siyasi ədəbiyyatda imperialist quruluş, imperializm adlı termin var. Dünyanın istismarçı və istismar olunan iki hissəyə bölünməsi imperializmin mahiyyətini təşkil edir. İmperializm sisteminin başçıları düşmənlərdir. Nümunə göstərə bilərik. Amerika Birləşmiş Ştatları bir imperialist gücdür. İmperializmin aydın nümunələrindən biri Amerikadır. İmperialist güclər sırasında başqaları da var. Amma ən aydın nümunə Amerika Birləşmiş Ştatlarıdır. Amerikanın insani dəyərlərə sayğısı yoxdur. Heç bir cinayətdən çəkinmirlər. İstənilən bir cinayəti dodaqlarında təbəssüm, çox rahatlıqla həyata keçirirlər. Öz çirkin əməllərini gözəl sözlərlə pərdələməyə çalışırlar. Düşmən deyəndə bunları nəzərdə tuturuq.

Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası və İslam-Teleradio Şəbəkəsi İttifaqının üzvləri ilə görüş, 2016
Əzəmətli hərəkat qarşısında qəddar, bacarıqlı, iti, saxtakar, şeytansifət düşmən dayanıb. Bu düşmən imperializmdir.

Bu gün imperializmin önündə Amerika gedir. Bir zaman İngiltərə lider idi. Düşmən işsiz oturmayıb, təlaşdadır, daim çalışır.

Bu gün dünyada imperializmlə milli istiqlal, insani dəyərlər hərəkatı arasında savaş gedir. Həmin hərəkatın bir nümunəsi İran İslam İnqilabıdır. Bu gün dünyada savaş buna görədir. Başqa qarşıdurmalar da var. İtlər də bir leş üstündə boğuşurlar. Bu da bir davadır. Amma əsas savaş insani dəyərlər hərəkatı ilədir. Düşmən var, həssas bir düşmən!

Qeyd etdik ki, imperializmin aşkar nümunəsi Amerikadır. Amerika imperializmin siyasi qurumudur. Amma imperializm təkcə siyasi qurumdan ibarət deyil. Bəzən maddiyyat, maliyyə vəsaitləri daha təsirli olur. Dünyanın böyük şirkətləri, kompaniyaları, böyük sərmayədarlar misal göstərilə bilər. Onların əksəriyyəti sionistlərdir. İmeprializmin ümumi sistemi bundan ibarətdir. Onlar daim təlaşdadır. Necə deyərlər, həm zorları, həm də zərləri var. Deyirlər zər, zor və hiylə üçbucağı var. Doğrudan da belədir. Biz zər, zor və hiylə deyəndə məqsədimiz din libası geyinməkdir. Din libası, dini maska zər və zor ordusuna yol açır. Bu gün isə hiylə deyəndə təkcə dini hiylə nəzərdə tutmuruq. Burada siyasi hiylə də var. Siyasi qurumlar, diplomatik xətlər çox ciddi şəkildə hiyləgərliklə, fitnəkarlıqla məşğuldur. Gülər üzlə, təbəssümlə səhnəyə çıxırlar, qarşıdakına qucaq açırlar, bəzi filmlərdəki kimi qarşı tərəfi qucaqlayandan sonra arxadan ürəyinə xəncər sancırlar.

Bəsic – könüllülər dəstələrinin komandirləri ilə görüş, 2016
Bu gün siyasət və diplomatiyada hiyləyə diqqətli olmaq lazımdır. Düşmən müxtəlif şəkillərdə səhnəyə çıxır. Özümüzə bunu təkrar-təkrar deməli, bir növ məşq etməli, buna hazırlaşmalıyıq. Bilməliyik ki, bu hiylə və fitnəkarlıqlar qarşısında nə etməliyik. Hamımız, həm siyasətçilərimiz, həm məsullarımız, həm əziz bəsic – könüllülər, həm də fəaliyyətdə olan, ortaya düşüncə qoyan insanlar daim bunu diqqət mərkəzində saxlamalıdır.
Düşmənçiliyin bir növü hərbi, fiziki düşmənçilikdir. Onlar bomba atır, atəş açır, terrorçu göndərir.
Başqa bir növ düşmənçilik ideoloji, qeyri-fiziki düşmənçilikdir. Mən düşmən nüfuzu barədə danışmışam. Düşmən nüfuzu çox mühüm mövzudur. İndi bəziləri reaksiya verir ki, nüfuz məsələsi bir cərəyan kimi istifadə olunur. Qoy nüfuzdan siyasi məqsədlə istifadə etməsinlər. Nüfuzdan danışarkən onun əsl mahiyyətini ortaya qoysunlar.

Düşmən nüfuzundan danışarkən bunun bir cərəyan tərəfindən digər cərəyana qarşı ittiham kimi istifadə olunması barədə deyilənləri bir kənara qoyaq. Söhbətimizin mövzusu düşmən nüfuzunun mahiyyətidir, onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki, düşmən nüfuz etmək istəyir. Nüfuz nədir və necədir? Mövzudan yayınmayaq. Ayrı-ayrı siyasi cinahlar, qanadlar bir-birilərini ittiham etməsinlər. Bu qarşıdurmada, mübahisələrdə düşmən nüfuzunun əsl mahiyyətindən diqqət yayınmasın. Düşmən nüfuz etmək üçün plan cızır.
Bu gün düşmən nüfuzu ölkə üçün böyük təhlükələrdəndir. Hər yolla nüfuz etməyə çalışırlar. Nüfuz nədir?

Bəsic – könüllü dəstə komandirləri ilə görüş, 2016

İqtisadiyyatda, təhlükəsizlik sahəsində buna cəhd etmələri mümkündür. İqtisadiyyata nüfuz, təhlükəsizlik sahəsinə nüfuz kiçik məsələ deyil. Amma bir daha vurğulayıram ki, düşüncəyə, mədəniyyətə, siyasətə nüfuzun əhəmiyyəti daha böyükdür.

Ayətullah Xamenei:

Hazırladı:Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button