Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçir.
APA-nın verdiyi xəbərinə görə, Ermənistan ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.