AktualAktualArxivXəbər lentiXəbərlər
Ayətullah Xamenei: Amerika iranfobiya siyasəti yürüdür-YENİLƏNİB – FOTO

Ayətullah Xamenei istehsalat sektorunun fəalları və fəhlələrlə görüşüb
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei zəhmetkeşlər həftəsi münasibətilə istehsalat sektorunda çalışan fəallar və fəhlələrlə görüşüb.
Maide.Az xəbər verir ki, görüş bu gün səhər baş tutub. Görüşdə Ayətullah Xamenei Amerikanın İrana qarşı siyasətini pisləyib və deyib: “ Amerika porblem yaradır, aldadır və daha sonra şikayətlənir ki, niyə biz ona qarşı bədbinik! Kağız üzərində yazırlar ki, banklar İranla ticarət etsin, lakin əməldə iranfobiya siyasəti yürüdürlər ki, İranla ticarət əlaqələri qurulmasın. Amerika rəsmisi deyir ki, sanksiyalar sxemi pozulub və bununla xarici investor qorxur və İrana sərmayə yatırmağa gəlmir”.
Ayətullah Xamenei ölkə daxilində istehsalın müqəddəs bir məsələyə çevirilməsinin zəruruliyini vurğulayıb. “ Daxili istehsal müqəddəs bir məsələ kimi tanınmalıdır. Ölkə daxilində istehsal edilən mallar heç bir formada idxal olunmamalıdır. Xarici malların ölkə daxilində oxşarı yoxdursa satışı və istifadəsi dəyərlərə zidd bir addım kimi qiymətləndirilməldiir.”
Ayətullah Xamenei əlavə edib ki, fəhlələr birliyi İnqilab və Sistemə vəfalı olublar. “İnqilabın və İnqilabdan sonrakı bütün önəmli hadisələrdə iştirak ediblər. Mən bu nemətə görə allaha şükür edir və bütün vücudumla fəhlələrə təşəkkürümü bildirirəm. Cəmiyyətdə hər kəs bir işlə məşğuldur və işçidir. Müdir, universitet müəllimi və s. hamı işçidir. İş həm insanı və həmdə cəmiyyəti qurur. Biz işi inkişaf etdirməliyik. İşin keyfiyyətini yaxşılaşdırmalıyıq. İşin haqqını ödəməliyik. Əgər bir müdir, özünü işə həsr etməzsə işin haqqını ödəməyib.”
Ayətullah Xamenei iki gündən sonra İranın 21 əyalətində Parlament seçkilərinin ikinci mərhələsinin keçirilməsinə toxunub və deyib: “İki gün sonra bəzi şəhərlərdə seçkilər keçiriləcək. Bu seçkilər önəmlidir və hamı seçkilərdə aktiv iştirak etsin. Seçkilərin ikinci mərhələsinin əhəmiyyəti birinci mərhələdəki kimi önəmlidir.”
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)