
Yaralananların olduğu bildirilir
İslamazeri.az-a Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda “Rəhimə Xanım” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə, 2 nəfərin dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.