Azərbaycanlı politoloq, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü HƏMAS lideri Yəhya Sinvar-ın ABŞ, Avropa və İsrailin səlibçi-sionist düşüncə sahiblərinə qalib gəldiyini vurğulayıb.
Elxan Şükürlü öz feysbuk hesabında yazır: “Hazırda ABŞ və İsrail rəhbərliyi Yəhya Sinvarın qətlini “çox böyük və uğurlu əməliyyat” kimi sırıyır, toy-bayram edirlər. Ancaq mənim nəzərimdə yaşadığı həyatı və ölümünün son anlarındakı ləyaqətli davranışıyla – ağır yaralı olduğu halda təslim olmaması, sonadək mübarizə aparmaq, müqavimət göstərmək cəhdi və əzmiylə Yəhya Sinvar ABŞ, Avropa və İsrailin səlibçi-sionist düşüncə sahiblərinə qalib gəldi, möhtəşəm dirənişiylə onların hamısını məğlub etdi”.
Partiya funksionerinin fikrincə, onu nə qədər “terrorçu” kimi təqdim etsələr də, heç şübhə yoxdur ki, Yəhya Sinvarın adı artıq İslam Müqavimətinin, Qüds uğrunda mübarizə aparanların simvoluna çevriləcək əzəmətli isimlərin önündə gələcək! O, gerçəkdən də, imanlı bir müsəlman döyüşçünün nəyə qadir və öz xalqının azadlıq mübarizəsinə başçılıq edən əsil liderin də necə olmalı olduğunu elə düşmənin öz əliyləcə viran edilmiş Qəzzə xarabalıqlarından bütün dünyaya göstərdi!
Elxan Şükürlünün paylaşımı bu cümlələrlə bitir: “Həmişə diri mücahidə – kiçik Qəzzənin dünyaya təqdim etdiyi bu əzəmətli və möhtəşəm Liderə salam olsun!”.