Xəbərlər

Meşə Qardaşları qruplaşması Bakı hakimiyyətinə xəbərdarlıq edib

Ceyşollah və Meşə Qardaşları terrorçu qruplaşmaları Azərbaycan dövləti və bu ölkə polisinə xəbərdarlıq edib.

Qəzetin yazdığına görə Meşə Qardaşları qruplaşması Facebook ictimai şəbəkələrdə bir bəyanatda qeyd ediblər: Bu qruplaşma Azərbaycanın zalım polis qüvvələrinə qarşı terrorçu əməliyyat aparmağa hazırdır və ilk əməliyyatda 100 polis qətlə yetiriləcək.
Daxil olan məlumata əsasən Facebook kimi sosial şəbəkələrdə belə bir təhdid xarakterli bəyanatların yerləşdirilməsi müxtəlif reaksiyaların yaranmasına səbəb olub. Ekspertlərin qənaətincə belə təhdid xarakterli bəyanatların qəsdən internetdə yerləşdirilməsi sırf Az. R. hakimiyyətini təzyiqə məruz etmək üçündür. Siyasi ekspertlərin də bir qrupu iddia edir ki, belə bir bəyanatlar artıq rəsmi Bakı tərəfindən yayılır. Onlara gəlincə Qərb ilə Azərbaycan arasında müəyyən həddə qədər gərginlik mövcuddur ona görə də Azərbaycan belə bir bəyanatları yaymaqla Qərbi bu müraciətlə tanış etmək istəyir: Əgər biz hakimiyyətdən kənarlaşdırılsaq onda bu ölkə, terrorçuların nəzarəti altına keçəcək.
Qeyd edək ki ötən 20 ildə Azərbaycanda şiələrin qüdrətini zəiflətməkdə bu ölkədə vəhhabiliyin genişləndirilməsi rəsmi Bakının yürütdüyü siyasətinin əsas prioritetini təşkil edib./Gündəm Xəbər/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button