ArxivXəbər lentiXəbərlər
Ramzan Kadırov müsəlmanları qaçqınlara kömək etməyə çağırıb

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini ölkələrini tərk etmək məcburiyyətində qalan miqrantların problemlərinə qarşı birləşməyə çağırıb.
Qafqaz.ir ’nın İslam.az-a istinadla verdiyi xəbərə görə, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini Qərb ölkələri və ABŞ-ın xarici siyasəti səbəbindən öz ölkələrini tərk etmək məcburiyyətində qalan miqrantların problemlərinə qarşı birləşməyə çağırıb. İQNA, İslam.az-a istinadən xəbər verir ki, bu barədə o, şəxsi bloqunda yazıb.
“Biz zəiflərə, məzlumlara və həyatları təhlükədə olan insanlara qayğı göstərməliyik. Ona görə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malaziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini din qardaşlarımızın müdafiəsinə qalxmağa çağırıram”, — deyə Çeçenistan lideri yazıb.