Erməni silahlı bölmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 122 dəfə pozub.
qafqaz.ir Bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 123 dəfə atəş zərbəsi endirib.
Ermənilərə atılan mərmilərin üzərinə isə “Hər qəlpəsi bir şəhidin qisası” və “Şəhidlər ölməz, vətən bölünməz” sözləri yazılıb.