Qafqaz.ir xəbər verir ki, belə bir açıqlama ilə Azərbaycan Ruhanilər Məclisinin üzvü, ruhani Hacı Cəlal Şəfiyev çıxış edib. Məsələ ilə bağlı açıqlamalarının davamında Hacı Cəlal bildirir:
Son günlər Azərbaycan və İran arasında yaşanan gərginliyin ardından və Ayətullah Xameneinin mövzu ilə əlaqədar son çıxışından sonra müəyyən dini məsələlərin icrası üçün Ayətullah Xamenei tərəfindən icazəsi olan Şeyx Sərdarın belə bir ittihamla həbs edilməsi bizə belə düşünmək üçün əsas verir.
Sözlərinin davamında Şeyx Sərdarın əslində İmam Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsi olduğunu vurğulayan ARM üzvü davamında qeyd edib:
Şeyx Sərdar MDB ölkələri arasında Ayətullah Xameneinin başına əmmamə qoyduğu ilk dini tələbədir.
Şeyx Sərdarın baş redaktoru olduğu saytda Ayətullah Xameneinin çıxışları və kitabları əsas yer tutur.
Bəzi dini məsələləri icra etmək üçün təqlid mərcəsi olan müctehidin icazəsi şərtdir. Şeyx Sərdarın da bu kimi məsələlərdə icazəsi Ayətullah Xameneidəndir.
Qeyd etdiklərim belə düşünməyə əsas verir ki, mövcud vəziyyətdə Şeyx Sərdara qarşı irəli sürülən ittiham Ayətullah Xameneiyə qarşı atılan bir addımdır.
Xatırladaq ki, cari ilin 19 oktyabrında Azərbaycanın nüfuzlu ruhanisi Şeyx Sərdar Hacıhəsənli (Babayev) DTX əməkdaşları tərəfindən saxlanılıb. Oktyabrın 23-də isə Səbayel Rayon Məhkəməsi tərəfindən Şeyx barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Şeyx Sərdar AR CM-nin 274-cü maddəsilə vətənə xəyanətdə ittiham olunur.
Şeyx Sərdar Hacıhəsənli ARM rəhbərlərindən olmaqla yanaşı eyni zamanda Maide.az sayıtının təsisçisi və baş redaktorudur.