ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Türkiyə və İranın XİN rəhbərləri ilk dəfə olaraq Taliban hökumətinin xarici işlər nazirilə görüşüblər

Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan Taliban hökumətinin xarici işlər naziri Əmir-Xan Müttəqi ilə görüşüblər.
bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid rəsmi tvitter hesabında yazıb.
Bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Taşkilatının iclası çərçivəsində Taliban hökumətinin XİN rəhbəri Əmir-Xan Müttəqi ilə görüşüblər.
Tərəflər bu görüşlərdə Əfqanıstanda mövcud vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, İslamabadda İƏT-nın xarici işlər nazirləri müstəvisində keçirilən fövqəladə iclasın nəticələrindən biri olaraq Əfqanıstana dəstək üçün quruma üzv dövlətlər tərəfindən fond yaradılıb.