Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib.
bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib.
Bildirilir ki, proses dekabrın 1-i baş tutub.
Ermənistan tərəfindən bu addımların atılması bölgədə sülh və sabitliyin bərqərarına xidmət edən təşəbbüs hesab olunur.