AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər
Ermənilərin təcavüz etdiyi kəndlərdə əhalinin müqaviməti

Azərbaycan Respublikasının sərhəd kəndlərinin sakinləri erməni qüvvələrinin dinc əhaliyə hücumlarına baxmayaraq öz evlərini tərk etmirlər.
Qafqaz Həqiqətləri azəri mənbələrə istinadla xəbər verir ki, bu ölkənin Ermənistanla sərhəd kəndlərinin sakinləri, o cümlədən Əlibəyli kənd sakinləri Ermənistan ordusunun hücum və atəşlərinə baxmayaraq öz evlərini tərk etmirlər.
Azərbaycan torpaqlarına hücumlarını davam etdirən Ermənistan təkcə hərbçilərə deyil, dinc əhaliyə qarşı da atəş açır. Tovuz rayonunun Əlibəyli kəndi hərbi məntəqə olmasa da, ermənilər davamlı olaraq bu kəndi atəşə tuturlar.
Bu kəndin bir çox yerləri tamas xəttinə yaxındır, hətta bəzi evlərin düşmən mövqeləri ilə məsafəsi 100 metrdən azdır.