AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə Qafqaz Universitetlərinin Birliyi”simpozium keçirdi

Ərdəbilin “Mühəqqiq Ərdəbili” universitetində Qafqaz Universitetlərinin Birliyi dərs ilinin bitməsinə aid 3-cü simpozium keçirib. Simpoziumda maraqlı olay diqqəti çəkib. Belə ki, natiqlərin hamısı fars dili əvəzinə ingiliscə çıxış ediblər.

Qafqaz Mədəniyyət Mərkəzi – “Mühəqqiq Ərdəbili” universitetində baş tutan simpoziumda Gürcüstan, Türkiyə, Kipr, Azərbaycan, Qırğızıstan və Belarusiyadan qonaqlar iştirak edirdi.

Qafqaz Universitetləri Birliyinin əlaqələndirmə üzrə məsul əməkdaşı çıxış edərək deyib: “Birliyin hədəfi universitetlər arasında mədəniyyət diplomatiyası yaratmaqdır. Bunun üçün universitetlərin iştirakı ilə keçirilən elmi konfrans, seminar və festivalların sayı artmalıdır”.

Qədir Gülkariyan deyib: “İrandan başqa 7 ölkənin universitetlərinin nümayəndələri bu simpoziumda iştirak edirdi. Simpoziumun katibliyinə 110 əsər daxil olmuşdu və onlardan 30-u ən yaxşı əsər kimi seçilmişdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button