ArxivXəbər lentiXəbərlər
İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub

İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
qafqaz.ir APA-dan aldiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.