Vəkili AİP lideri Mövsüm Səmədovla görüşüb

Vəkil Cavad Cavadov Qobustan Qapalı Tipli Həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmədovla görüşüb. Bu barədə vəkil özünün feysbuk divarınada məlumat verib.
Mövsüm Səmədovun hamıya salamı olduğunu qeyd edən vəkil, müvəkkilinin saxlanma şəraiti ilə bağlı mövcud problemlərin aradan qaldırılmadığını bildirib.
“Mövsüm Səmədovun saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur. O, bir daha həbsxanada ciddi su problem olduğunu vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə – bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi.”
Cavad Cavadov onu da qeyd edib ki, Doktor Səmədov AİP-in sədr əvəzi Hacı İlham Əliyevin qəfil xəstələnməsini eşidib üzüldüyünü və ona Allahdan şəfa dilədiyini, tezliklə ailəsinə, dostlarının yanına dönərək və işlərini davam etməsini arzulayıb.