ArxivXəbər lentiXəbərlər

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İranın Prezidenti Həsən Ruhani ilə görüşüb

Noyabrın 13-də Qafqaz Müsəlmanları İradəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda ikigünlük rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti, cənab Həsən Ruhani ilə görüşüb.

Görüşdə Şeyxülislam həzrətləri İran Prezidentini salamlayıb və qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət etməkdədir.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu bildirən cənab Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button