Bu gün İmam Əli(ə) məscidində Məscidin İmam Cüməsi Hacı Rasim Məmmədəvoun imamlığı ilə ənənəvi olraq Cümə namazı qılındı.
Hacı ilk xütbəsindəDua haqqında söhbət açaraq insan öz həyatında Allaha necə dua etməli oldugunu izah etdi. Dua insan həyatında ən önəmli amillərdən olduğunu və İnsan həyatında əsas dəyşirikləri Dua vasitəsi ilə etmək mümkün olduğunu da möminlərin nəzərinə çatdırdı.Hacı Məsumların kəlamlarına əsaslanaraq, Duanın qəbul olması üçün münasib vaxtları və məkanını saydı:
1.İnsan gərək ağ valdeyin olmaya (insan gərək valdeyinin üzünə qayıtmaya və ya haqsız yerə valdeyinə itaətsizlik etməyə).
2. Əzan vaxtı Dua etmək.
3.Yağış vaxtı Dua etmək
4.Günəş batanda dua etmək
5.Sübh Əzanından sonra dua etmək
6.Üzü Qibləyə eyləşərək dua etmək.
7. Müqəddəs bir yerdə dua etmək.
8.Duanın qəbul olmağına ümidli olmaq.
9.Başqa möminin haqqını gərək yemiş olmasın (yəni halallıq almış olsun).
İmam Cümə ikinci xütbəsində isə Dində dinsizlik haqqında danışaraq bu haqda bəzi əsas məsələlər toxundu. Məsələn bəzən insanlar, Dində olurlar, ancaq onların bəzi təkəbbürlükləri dinlərini məhv edir. İnsan gərək Dində olarkən başqalarından (Dində olmayanlardan ) özünü üstün bilməsin. Və ya Elədiyi hər hansı bir əməldən razı qalalaraq arxayın olmasın və lovğalıq etməsin, Bu cür addımlar insanı məhv edir. Hacı,düzgün imandanda danışaraq Xəvariclərin İmam Əli(ə) -a qarşı çıxaraq törətdikləri bəzi fitnələri möminlərin nəzərinə çatdırdı. Məsələn o zaman xəvariclər də müsəlman adını daşıyaraq guya Allahın hökmünü yernə yetirirdilər, ancaq əslində onlar canlı Qurana qarşı çıxaraq ona zülm etdilər. Hacı xütbəsinin sonunda onuda qeyd etdi ki, təəssüflər olsun zamanımızda dindarların bir çoxu qeyri dindarlardan heçdə seçilmirlər.