ArxivXəbər lentiXəbərlər
Ermənistan ordusunda qanlı insident

Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib.
Qafqaz.ir Report-a istinadən məlumatına görə, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.
Artur Xaçaturyan təhqirlərə dözməyərək xidmət yoldaşına avtomat silahdan atəş açıb.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlanıb.