Ermənistan prezidenti Karen Abramyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edib.
Qafqaz.ir-un “Sputnik-Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
General-leytenant K. Abramyan 2020-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini təyin edilib.