ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistan sərhəddə törətdiyi təxribat nəticəsində itkilərini açıqlayır: 3 ölü, 5 yaralı

Ermənistan yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.

APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyünü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.

Törətdikləri təxribatın qurbanı olanlar sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayandır (2003-cü il təvəllüdlü).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button