Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edib.
qafqaz.ir ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan “Twitter”də bildirib.
Onun sözlərinə görə, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün dialoq prosesində Ermənistanı təmsil edəcək.