2022-ci ildən Ermənistan Türkiyə mallarının idxalına rəsmən icazə verəcək.
Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirib ki,Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib.
“Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, – məlumatda deyilir.
Ermənistan birtərəfli qaydada Türkiyə mallarına qadağa qoymuşdu və buna baxmayaraq qeyri-rəsmi surətdə Türkiyə Ermənistana mal ixrac edirdi belə ki, deyilənlərə görə Ermənistan bazarında Türkiyə istehsalı olan mallara tez-tez rast gəlinir./ qafqaz.ir