ArxivXəbər lentiXəbərlər

Ərdəbil Universitetinin müəllimi: “Qarabağı azad etməyin yolu cihad etməkdir”

Ümidəli Rənayi deyib: “Qarabağ azad etməyin bir yolu vardır və o da cihad etməkdir, Minsk qrupuna, Avropa ölkələrinə və Amerikaya arxalanmaq faydasızdır.”

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə Qarabağla bağlı keçirilən “İşğal və terrorla mübarizə” beynəlxalq konfransında çıxış edən Ümidəli Rənayi deyib: “Təəssüflər olsun ki, özlərini “sülh və demokratiya hamiləri” adlandıran bir sıra ölkələr müsəlmanların problemlərinin həlli adı ilə regionda öz siyasi məqsədlərini izləyirlər.”

Doktor Rənayi əlavə edib: “Azərbaycan əhalisinin bildiyi kimi İran İslam Respublikası Qarabağ müharibəsində Azərbaycan xalqının yanında olmuşdur və indi də belədir. Yadımdadır ki, Qarabağ müharibəsi zamanı İran İslam Repsublikası öz sərhədlərini Azərbaycan Respublikasından gələn yaralı və qaçqınların üzünə açmışdı. Yaralılar Biləsuvar xəstəxanalarına yerləşdirilirdi və müharibə köçkünlərinə sığınacaqlar hazırlanırdı, onlar üçün lazım olan şərait yaradılırdı.”

Universitet müəllimi çıxışının davamında deyib: “Neçə illərdir ki davamlı olaraq, Amerika kimi ölkələr Qarabağ münaqişəsinin həlli və sülh bəhanəsi ilə Ermənistanın işğal etdiyi bu İslam ərazisinin azad olunaraq Azərbaycan Respublikasına birləşdirilməsinə imkan vermirlər.”

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sözlərinə işarə edən doktor Rənayi deyib: “Ən əsası cihad və şəhadət ruhunun olmasıdır. Azərbaycan Respublikasının yaxşı və nəcabətli xalqı bilir ki, İran özü terrorizmin qurbanı olmuşudur. İslam İnqilabının əzəmətli qələbəsindən sonra inqilabın düşmənləri Amerikanın başçılığı, dəstək və təşkilatçılığı ilə xalqımız əleyhinə müharibəyə qalxdılar. İndi də düşmənlərin hərəkətləri davam etməkdədir.

Onlar insan haqlarının müdafiəçisi olduqlarını yalan deyirlər. Onlar İŞİD və Taliban kimi terror qrupları yaradır, beləliklə, İslam ümməti arasında müharibə və qarşıdurma yaradaraq, öz məşum məqsədlərinə çatmaq istəyirlər.”

Universitet müəllimi Amerikanın sabiq xarici işlər nazirinin Türkiyəyə səfərinə toxunaraq deyib: “O, hayasızcasına dedi: “Biz İslamla müxalif deyilik, biz siyasi İslam və müsəlmanlara qarşıyıq.”

Minsk qrupuna həmsədr ölkələr 1994-cü ildən indiyə qədər Qarabağ barədə etdikləri iş lüzumsuz qətnamələr, iki ölkəni sülh və barışa dəvət etmək olmuşdur. Bu, hiylə və kələkdən başqa bir şey deyil.”

Ümidəli Rənayi çıxışının digər hissəsində deyib: “Qarabağ təkcə Azərbaycana aid deyil, Qarabağ İslam torpaqlarının bir parçasıdır və bütün İslam aləminə aiddir. Bu ərazinin azad olunması üçün bütün imkanlarımızdan istifadə edəcəyik ki, onun əhalisi öz haqqına yetişsin. Azərbaycan və İslamın bir parçası olan Qarabağın azad olunmasının bir yolu vardır, o da cihad etməkdir. Çox təəccüblüdür ki, Azərbaycan dövləti Qarabağın azadlığı uğrunda döyüşən və bunu daima elan edən, öz canlarını bu yolda fəda etməyə hazır olan insanları həbsxanalara salır.

Azərbaycan xalqı saziş bəhanəsi ilə gələn məkirli planlara qarşı diqqətli olmalıdır. Çünki bu planlar çox mürəkkəb və təhlükəlidir, region və Azərbaycan üçün çox pis sonu ola bilər.”

Doktor Rənayi çıxışının sonunda deyib: “İran İslam Respublikasının banisi İmam Xomeyni və Ali Məqamlı Rəhbər Ayətullah əl-üzma Xamenei buyurublar ki, biz dünyanın hər yerində məzlumların hamisiyik. Bunu Fələstin, Əfqanıstan, İraq, Yəmən, Suriya və digər məsələlərdə sübuta yetirmişik. İndi bir daha bundan qabaq da olduğu kimi Qarabağ münaqişəsinin həllində bizdən kömək istənildiyi surətdə bütün potensiallarımızla Azərbaycan xalqına kömək etməyə hazırıq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button