ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Əl-Məyadin İsrail rejimi gəmisinin BƏƏ yaxınlığında hədəfə alındığını bildirib

Bəzi mənbələr sionist rejimə məxsus bir gəminin BƏƏ sahilləri yaxınlığında hədəfə alındığını bildiriblər.

Qafqaz.ir  xəbər verir ki, bəzi mənbələr Tehran vaxtı ilə çərşənbə axşamı, BƏƏ-nin Əl-Füceyrə sahilləri yaxınlığında İsrail rejiminə məxsus bir gəminin hədəf alındığını bildiriblər.

Yerli mənbələr hücum edilən gəminin “Hyperion Ray” adlandığını və sionist rejimə aid olduğunu bildirirlər.

Sionist rejimin 12-ci telekanalı da “Hyperion Ray” gəmisinin Əl-Füceyrə limanının yaxınlığında bir raketlə hədəf aldığını bildirib.

Qeyd edək ki, aprelin 11-də səhər Nətənz nüvə təsisatının elektrik paylama şəbəkəsində qəza baş verib. Rəsmi Tehran daha sonra bu hadisənin terror aktı olduğunu bildirib və bu hadisəyə görə İsrail rejimini günahlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button