Azərbaycan Müdafiə nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib
Qafqaz.ir-Nazirliyin yaydığı məlumatda deyilir ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.