Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Bu barədə FaktXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.