ArxivXəbər lentiXəbərlər

Ermənistanda ara yenidən qarışdı – FOTO

Saxlanılanlar var.

Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki Marşal Baqramyan prospektində “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

Qafqaz.ir -ın erməni KİV-ə istinadən məlumatına görə, 200 nəfərə yaxın etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.

Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı  dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib.

Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının saxlanıldığı bildirilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button