ArxivXəbər lentiXəbərlər

Ermənistanda banklar vətəndaşların cərimələrini silir

Paşinyan: ”Kreditlər üzrə ödənişlərini edə bilməyən vətəndaşlar borclu olduqları banklara baş çəkməli və cərimə və faizləri razılaşdırmalıdırlar”.
Ermənistanın kommersiya bankları 14 min 963 borclunun kreditlər üzrə 7 milyard dram (14, 4 milyon dollar) məbləğində cərimələrini silib.
Proses 2018-ci ilin iyununda həyata keçirilmiş bir sıra qanunvericilik dəyişiklikləri nəticəsində baş verib. Belə ki, Ermənistan parlamenti iyunun 21-də ölkənin Vergi Qanununa düzəlişləri təsdiq edib. Bu dəyişikliklər banklara vaxtında ödənməmiş kredit borcları üzrə cərimələri “bağışlamaq” səlahiyyəti verir.
Bu haqda Ermənistanın Baş naziri vəsifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb (Azadlıq Radiosu).
“Bankların 124 min müştərisinin kredit tarixləri nəzərdən keçirilib. Bu proses bundan sonra da davam etdiriləcək”,- Paşinyan yazıb.
Onun sözlərinə görə, kreditlər üzrə ödənişlərini edə bilməyən vətəndaşlar borclu olduqları banklara baş çəkməli və cərimə və faizləri razılaşdırmalıdırlar.
Qanuna edilmiş dəyişiklikdən sonra ölkə bankları fiziki şəxslərin “ümidsiz kreditlər” üzrə cərimələrinin silinməsi prosesinə başlayıblar.
Bu güzəşt 2018-ci il mayın 31-nə olan vəziyyətə görə kredit üzrə ödənişlərin 271 gün və ya daha uzun müddətdə gecikdirilməsinə şamil edilir.
Banklar kreditlər üsrə güzəştləri təkcə sıravi vətəndaşlara deyil, həm də kiçik və orta biznesə şamil edirlər.
(meydantv)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button