ArxivXəbər lentiXəbərlər

Ermənistanda etirazçılar dövlət binalarına hücum ediblər

Ermənistanda etirazçılar bu gün ölkənin qərbində Qumri və Maralik bələdiyyə binalarına hücum edərək bu mərkəzlərin fəaliyyətlərini əngəlləyiblər.

TAS xəbər agentliyi  Ermənistan dövlət müxaliflərinin etirazlarının İrəvandan digər şəhərlərə yayıldığını və yüzlərlə dövlət işçisinin də bu etirazlara qatıldığını bildirib.

Ermənistan müxalifətinin rəhbəri Nikol Paşiniyan etirazçıları öz tələblərinə nail olana kimi küçə aksiyalarını davam etdirməyə çağırıb.

Etirazların digər şəhərlərə yayılması ilə xalq Qumri və Maralik şəhərlərində bələdiyyə binalarına daxil olublar və bu mərkəzlərin fəaliyyəti dayandırılıb.

Qumri şəhəri Ermənistanın ikinci ən iri şəhəri hesab olunur. Ermənistan Dəmiryolu Şirkətinin işçilərindən 300 nəfər etirazçılara qatılaraq tətil elan edib.

Qumridə etirazçıların rəhbərlərindən olan Karen Marqariyan deyib: Qumridə bütün fəaliyyətlər iflic vəziyyətdədir, biz Nikol Paşiniyanın baş nazir seçilməsini istəyirik.

İrəvanda universitet tələbələri artıq siniflərdə iştirak etməyiblər və etiraz hərəkatına qatılıblar. İrəvanda bir neçə mərkəzi küçə bağlanıb və İrəvan metrosunun fəaliyyəti də dayandırılıb.

Mediyalar Ermənistan mədəniyyət nazirinin vəzifələrini yerinə yetirən Armen Amiriyanın etirazçıların tələblərinə görə istefa verdiyini bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button