ArxivXəbər lentiXəbərlər

Ermənistanda etirazlar hakimiyyətin zəifliyinin göstəricisidir

Ermənistanda polis bölməsinin ələ keçirilməsi bir daha göstərdi ki, burada hakimiyyətin əhali arasında populyarlığı çox aşağıdır. Maraqlıdır ki, Qarabağ klanının nümayəndəsi hesab edilən Sarkisyana qarşı məhz Azərbaycana qarşı vuruşan daşnakların əksəriyyət təşkil etdiyi “Sasunlu dözümsüzlər” qruplaşması açıq silahlı çıxış etdi.
Hərçənd ki. Sasunluların əsas tələbi müxalifət lideri Jerar Sefilyanın buraxılması olsa da, əslində bu, bir güc testi idi. Belə ki, qiyamçılar çevriliş yolu ilə Sarkisyan güruhunu devirməyin bir növ sınağını həyata keçirdilər. Bəlli oldu ki, camaat arasında hakimiyyətin nüfuzu çox aşağıdır. İş o yerə çatdı ki, cavanla, ahıllar, qadınlar əllərində daşlarla polis bölməsini ələ keçirənləri xüsusi təyinatlılardan müdafiə edirdilər.
Qeyd edək ki, həbs edilən Jerar Sefilyan “Yeni Ermənistan” təşkilatının rəhbəridir. Bu radikal partiya 2015-ci ildə təsis edilib və onun təsisçiləri gizlətmirlər ki, Ermənistanda hakimiyyəti zorla devirmək istəyirlər.
Sefilyanın özü xarici mənşəlidir. “Daşnaktütsyün” partiyasının üzvüdür. O, polkovnik-leytenant rütbəli hərbçidir. Birinci Qarabağ müharibəsi zamanı “Şuşa” adlı batalyona komandirlik edirdi.
Polis bölməsinə hücum edənlərin komandiri isə Qarabağda vuruşan mayor Pavel Manukyandır.
Belə çıxır ki, klan Sarkisyanın nəzarətindən çıxmaqdadır.
Əlbəttə ki, ilanın ağına da lənət, qarasına da. Hər bir halda erməni daşnakları biri-birini əvəzləsə də, Qarabağımızı bizə qaytarmayacaqlar. Aprel hadisələri də göstərdi ki, ordunun uğuru, onun mənəvi ruhundan çox asılıdır. Bu baxımdan, Qarabağın azadlığı bilavasitə milli-mənəvi dəyərlərə sahib çıxmağımızdan asılıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button