Sionist İsrail rejiminin “Milli Təhlükəsizlik Şurası”nın rəhbəri Tsaxi Haneqbinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündə əlaqələrin daha da genişləndirilməsi və regional məsələlərin müzakirə edildiyi deyilir.
Azərbaycanın İsraildəki səfirliyi sentyabrın 5-də X (keçmiş Twitter) hesabında bu barədə yazıb.
Tsaxi Haneqbi də özünün X (keçmiş Twitter) səhifəsində Azərbaycan Prezidentininn köməkçisi ilə görüşündən bəhs edib: “Mən bu axşam Qüdsdə Azərbaycan Prezidentinin köməkçisi ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində hərtərəfli siyasi danışıqlar apardım.”
Sionist başçı Azərbaycanın işğal olunmuş Fələstində səfirlik açmasından sonra əlaqələrin daha da möhkəmlənməkdə davam etdiyini deyib.
Sionistlərin cənubi Qafqazda regional təhlükəsizliklə maraqlanması və rəsmi Bakının bu sahədəki mövzuları işğalçı rejim ilə müzakirə etməsi ciddi diqqət çəkir.
Bunun ardından isə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin dünən qondarma İsrailə səfər çərçivəsində sionist rejimin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşərək, ikitərəfli əlaqələr, rejimlə Azərbaycan respublikası arasındakı əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib. O “I24NEWS” telekanalına müsahibəsində Azərbaycan və cinayətkar İsraillə möhkəm dostluq əlaqələrinin və strateji tərəfdaşlığın birləşdirdiyini, hazırda isə, bu əməkdaşlığın dinamik inkişaf etdiyindən danışıb.
Hikmət Hacıyev qondarma cinayətkar rejimlə əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələrin və yüksək səviyyəli səfərlərin çox olmasının vacibliyini vurğulayıb.
Xatırladaqq ki, Qafqaza gözünü dikmiş və İslam ölkələrinin qatı düşməni olan bu rejimə Azərbaycanın get-gedə rəğbət göstərməsi, rejiomin isə bu siaysətin aparılmasında başlıca sifarişçi olması heç də gizli deyil. Əlbətdə bu əlaqələrin fonunda region ölkələrinin məxsusən cinayətkar Sionist rejiminin qatı və dönməz düşməni sayılan İran İslam Respublikasının ciddi narahatlığına və qonuşuluq əlaqələrinə zərbə olacağını demək mümkündür.