AktualArxivXəbər lentiXəbərlər
Ermənistanda parlament seçkiləri və onun bu ölkənin xarici siyasətinə təsiri

Növbədənkənar seçkilərin keçirilməsi məqsədilə Ermənistan baş naziri Nikol Paşinyanın istefa verməsinin ardınca bazar günü bu ölkədə seçkilər keçirilib.
Qafqaz Mədəniyyət Mərkəzi – Ermənistanda parlament seçkilərindən əvvəl aparılan sorğu göstərirdi ki, seçkilərdə təqribən seçicilərin 60 faizi iştirak edəcək və Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” koalisiyası qalib olacaq. Bu seçkilərdə 9 partiya və 2 blok iştirak edirdi. Seçkilərin başa çatmasından sonra səslərin sayılması mərhələsi başlandı və gözlənildiyi kimi “Mənim addımım” koalisiyası səslərin 70,45 faizini qazanaraq qələbə çaldı. Qaqik Tsarukyanın rəhbərliyi ilə Çiçəklənən Ermənistan 8,37; İşıqlı Ermənistan 6, 37 səslə sonrakı yerlərdə dayandılar və parlamentdə təmsil olunmağa vəsiqə qazandılar.
Diqqəti çəkən məsələ budur ki, sabiq hakim və indiki dövlətin müxalifi olan Respublikaçılar Partiyası Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan ilk dəfə olaraq ölkə parlamentinə daxil ola bilməyib. Bu partiya səslərin cəmi 4,7 faizini qazana bilib.
Ermənistanda növbədənkənar parlament seçkiləri bu ölkədə fəsad və qohumbazlıq əleyhinə geniş etirazların ardınca baş tutdu. İğtişaşlar o vaxtkı baş nazirin istefası və müxalifət partiyasının sədri Nikol Paşinyanın bu vəzifəyə təyin edilməsi ilə nəticələndi. Amma N. Paşinyan oktyabr ayında istefa verdi ki, parlament buraxılsın və növbədənkənar seçkilər üçün hazırlıq görülsün. İndi N. Paşinyan parlamenti ələ almaqla çox asanlıqla öz məqsəd və proqramlarını həyata keçirə bilər. Parlement seçkilərinin qalibi bəlli olduqdan sonra Paşinyan öz blokunun iqamətgahında jurnalistlərə dedi ki, Ermənistan vətəndaşları parlamentdə inqilabçı çoxluq yaratdılar və indi istədikləri qanun dəyişikliklərini heç bir problem olmadan icra edə bilərlər.
Ermənistanda parlament seçkiləri N. Paşinyanın müxaliflərinin geniş tənqidləri ilə üzləşdi. Respublikaçılar Partiyasının namizədi David Şahnəzəryan dedi: “Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir.”
-
Paşinyanın korrupsiya və rüşvətxorluqla mübarizədə öz vədələrinə əməl edə biləcəyi, ölkə iqtisadiyyatını inkişafa doğru apara biləcəyi ayrı bir məsələdir. Amma öz yeni baş nazirlik dövründə Ermənistanın xarici siyasətində böyük dəyişiklik yaranmayacaq. Ermənistan hal-hazırda iqtisadi və təhlükəsizlik baxımından Rusiyadan asılıdır. Bu ölkənin baş naziri hazırkı durumda xarici siyasətdə əsaslı dəyişiklik etməyə və Rusiyadan qərbə tərəf dönməyə qadir deyil. Ermənistanın Rusiya qazına bərk asılılığı, habelə Moskvanın bu ölkdə hərbi bazası, İrəvanın xarici siyasətində birdən-birə dönüşü mümkünsüz edir. N. Paşinyan ölkəsinin xarici siyasətində dəyişiklik yaratmaq və qərb səmitinə yönəlmək üçün əvvəl Ermənistanın Rusiyadan asılılığına son qoymalıdır. Hazırkı şəraitdə isə bu mövzunun həyata keçirilməsi mümkün olmayacaq. Əlbəttə, N. Paşinyan qabaqcadan Moskvadan uzaqlaşmayacağına əminlik vermişdir. Çünki Ermənistan Rusiyanın mühüm bir hərbi bazasına evsahibliyi edir və Rusiyanın rəhbərlik etdiyi hərbi və iqtisadi koalisiyanın üzvlərindən biridir.
-
Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə prosesini sürətləndirmək istəməsi barədə açıqlaması, Qarabağ müharibəsinin sabiq hərbi rəhbərlərinə və Ermənistanın indiki siyasətçilərinə (Dağlıq Qarabağın Azərbaycana verilməsi ilə müxalif olanlar Qarabağlılar qrupu adlanır) söz hücumlarına baxmayaraq, yeni dövlətin Qarabağ münaqişəsinin həllində uğurlu əməl edə biləcəyi inandırıcı görünmür.