ArxivXəbər lentiXəbərlər
Ermənistanın 8 əsgəri yaralandı – FOTO

Xəsarət alan əsgərlər hospitala yerləşdirilib.
Bu gün səhər İrəvan yaxınlığında Ermənistan ordusuna məxsus hərbi maşın aşıb.
APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Şimal avtovağzalı yaxınlığında baş verib.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində 8 əsgər xəsarət alıb. Ümumilikdə yük maşınında 16 əsgər olub. Xəsarət alan əsgərlər hospitala yerləşdirilib.
Məlumata əsasən hadisəyə orduya məxsus maşının qarşısına “Niva” markalı avtomobilin çıxması səbə olub.