Fevralın 14-də Qarabağdakı separatçı erməni tör-töküntülərinin rəhbəri sayılan Araik Arutyunyan Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanı qəbul edib.
erməni saytlarının yaydığı məlumata görə, Laçından Rusiya sülhməramlılarının icazəsi ilə Xankəndinə gələn düşmən ölkənin naziri A.Arutyunyanla geniş söhbət aparıb.
Müharibə nəticəsində qondarma rejim “iqtisadiyyatı”na dəyən dağıntıların aradan qaldırılmasında Ermənistan hökumətinin rolu vurğulanıb. Gərəkli iqtisadi aktivlik səviyyəsini ən qısa müddətdə bərpa etmək üçün birgə səyləri davam etdirməkdən danışılıb.