ArxivXəbər lentiXəbərlər
Evindən külli miqdarda silah-sursat tapılan vəhabi lideri necə azalığa çıxdı?

Ötən ilin noyabr ayında radikallıqda və qanunsuz silah saxlamaqda təqsirləndirilən, eyni zamanda Sumqayıt sələfilərinin lideri kimi təqdim olunan Zöhrab Şıxəliyevin həbs edilməsi gündəmi dəyişdi. Bir neçə gün öncə isə Zöhrab Şıxəliyevlə bağlı növbəti xəbər mətbuatda öz əksini tapdı. Lakin bu dəfə radikallıqda ittiham olunan və 1 ilə yaxın həbsdə yatan şəxsin azadlığa buraxılması xəbəri hər kəsi şoka saldı. Məsələ ilə birbaşa maraqlanan şəxsləri yalnız bir sual düşündürdü. Axı necə oldu ki, dövlət əleyhinə gizli işlər görən, radikal dini cərəyanları yayan, evində silah-sursat gizlədən bir şəxs belə asanlıqla azadlığa buraxıldı? Sualın cavabına keçməzdən əvvəl qısa olaraq Zöhrab Şıxəliyevin xarakteristikasını oxucularımız üçün açmaq daha məqsədə uyğundur. Beləliklə, 1978-ci ildə doğulan və Sumqayıt şəhər sakini olan Zöhrab Şıxəliyev həm də Əbu Bəkr məcsidinin imamı Qamət Suleymanovun yaxın adamı kimi tanınır. O, keçən il Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunsa da, bu il azadlığa buraxıldı. Həbs edilərkən Coratda yerləşən mənzilində 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk aşkar edilərək götürüldü. Belə ağır ittihamlarla təqsirli bilinən Zöhrab Şıxəliyev özü isə həbsini “kiçik anlaşılmazlıq” adlandıraraq azadlığa buraxılmasını hüquq mühafizə orqanlarının düzgün araşdırması kimi xarakterizə etdi. İndi isə keçək əsas məsələyə. Zöhrab Şıxəliyevin azadlığa buraxılmasının arxasında hansı məqamlar dayanır? Ciddi ittihamlarla təqsirli bilinən şəxs necə oldu ki, cəmi 1 il həbsdə qaldı? “Azad News” bütün bu mətləblərə ölkənin tanınmış ilahiyyatçı alimləri ilə aydınlıq gətirməyə çalışıb.Zöhrab Şıxəliyevin azadlığa buraxılması cəmiyyətə hansı mesajları ötürür?
|