Bilərəkdən hicabı, mənəvi, dini dəyərlərimizi qoruyan dindarları həbsxanalarda çürüdürlər

Azərbaycan Respublikası xalqının milli, dini dəyərləri ilə uzlaşmayan “geyparad”a etiraz olaraq yaydığı diskə görə 6 il müddətinə azadlıqdan məhrum edilən dindar Samir Hüseynovun həyat yoldaşı məhbus dindarın Kürdəxanı İstintaq Təcridxanasında təkadamlıq kamerada acınacağlı vəziyyətdə saxlanılması ilə bağlı haray səsini qaldırıb.
Xəyalə xanım Faktxəbər saytına müsahibəsibdə bildirib : “1 il 7 aydır məhbəsdə olan 2 uşaq atası Samir həyati təhlükəsi olan bir neçə xəstəlikdən əziyyət çəkir.”
Dindar məhbusun xanımı bildirib : “İndiyə qədər heç kim, heç bir dövlət orqanı harayımıza səs verməyib, müraciətlərimizi dinləməyib. Samir 1 ildir ki, Kürdəxanı İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılır. Əvvəl 7 ay Şüvəlandakı həbsxanada məhbus həyatı yaşayıb. Səhhəti ilə bağlı ciddi problemləri var. Ağır vəziyyətdə olan yoldaşımla heç kim maraqlanmır. Yəni indiyə qədər nə Şüvəlan, nə də Kürdəxanı təcridxanasında müalicəsi üçün heç bir tədbir görülməyib. Yoldaşımda “kista” var. Şüvəlan həbsxanasında olanda orada hicabla bağlı mübahisə yaranıb. Nalayiq hərəkətlərə dözməyib, öz etirazını bildirən Samiri “kars”a salmışdılar. O vaxtdan bədənindəki şiş daha da böyüyüb , əgər əməliyyat edilməsə vəziyyəti ağırlaşacaq.”
Xəyalə xanım əlavə edib : “Samirdə həm də epilepsiya (beyin travmaları) xəstəliyi var. Həbs olunduğu zaman ağır fiziki təzyiqlərə məruz qalan yoldaşım ciddi stress, həyəcan keçirdiyi üçün şəkər xəstəliyinə tutulub, artıq görmə qabiliyyəti də kəskin zəifləyib. Müalicə olunması ilə bağlı vəkili Azər Əziziovun vasitəsi ilə dəfələrlə həbsxana rəhbərliyinə, digər əlaqədar orqanlara müraciət ünvanlamışıq. Amma indiyə qədər heç kim, heç bir dövlət orqanı harayımıza səs verməyib, müraciətlərimizi dinləməyib. Sanki bilərəkdən hicabı, mənəvi, dini dəyərlərimizi qoruyan dindarları həbsxanalarda çürüdür, uşaqlarını gözüyaşlı qoyurlar. Bax, budur müstəqil, demokratik Azərbaycan Respublikasında ölkə vətəndaşına verilən böyük dəyər…”
“Samir olan-qalan canını da, balasını da İslami dəyərlər uğrunda qurban verməyə hazırdır”
Məhbus dindarın xanımı əlavə edib : “Bütün bu müsibətlərə baxmayaraq, Samir İslamın müqəddəs dəyərlərinin müdafiəsinə görə həbs olunmağı özünə fəxr bilir. Və bunu Allahın təqdiri, lütfi kimi dəyərləndirir. O, istər məhkəmə zalında, istərsə də bizimlə görüş zamanı dəfələrlə bildirib ki, əgər hicabın, dini-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında zərrə qədər əməyim olacaqsa, canımı da, balamı da bu yolda qurban verməyə hazıram.”
Xəyalə xanım əlavə edib : “Samir usta idi. Yaxşı-pis, bizi halal zəhməti ilə dolandırırdı. “Avrovision” ərəfəsində Azərbaycanda “geyparad”ın keçiriləcəyini eşidəndə bir müsəlman kimi onda da ikrah hissi oyandı, etirazını bildirdi. Az qala qeyrət onu boğurdu. Məhz bu haqlı etirazına görə də həbs edildi. Samir də, biz də onun üzərinə qoyulan bütün ittihamları rədd edir, saxta olduğunu bildiririk. O, yalnız bir diskə, azad fikrin ifadəsinə görə mühakimə olundu. Məgər bir diskə görə hər hansı insana 6-10 il iş verərlər? Bu, rəzalətdən, ədalətsizlikdən başqa bir şey deyil.”
Məhbus dindarın həyat yoldaşı bildirib : “İki azyaşlı uşağımız var. Qızım Fatimə 1, oğlum Hüseyn isə 5 yaşındadır. Fatimə hələ dərk etməsə də, Hüseyn hər dəqiqə atasının yanında olmaq, onu qucaqlamaq, oyun oynamaq istəyir. Gecə yatarkən atasının paltarlarından birini əlləri arasına alıb qoxulamasa, yuxuya getmir. Mənim əlimdən isə Hüseyni ovundurmaqdan, atasının Allahın əsgəri olduğunu, tezliklə evə qayıdacağını deməkdən başqa bir şey gəlmir. Axırıncı dəfə dekabrın 10-da görüşdə ata ilə bala bir-birindən ayrıla bilmirdilər. Bir-birini o qədər möhkəm qucaqlamışdılar ki, 3-4 “nadzor” onları zor-güclə ayırdı.”
Məhbus dindarın xanımı sonda deyib : “Üzləşdiyim çətinliklər, Samirə verilən 6 illik həbs cəzası məni qətiyyən qorxutmur. Mən yalnız haqsızlıqlara, yoldaşımın, uşağımın səhhətinə görə narahatam. Azərbaycanda nə üçün insan taleyinə bu qədər biganə yanaşırlar? Görəsən, bu körpə balalar ata həsrətindən ah-nalə çəkərkən, sifarişli məhkəmə qərarının müəllifləri, bu sifarişi icra edənlər evlərində necə rahat yaşaya, gülə bilərlər? Apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmirəm. Əfv Komissiyasına ərizə yazmaq da ağlımın ucundan belə keçmir. Biz əfvi yalnız Allahdan istəyirik.”
Nicat Əliyev , Samir Hüseynov və digər dindarları həbsinə səbə olan video – Avroviziya və gey-parad rüsvayçılığı
http://www.youtube.com/watch?v=_QBgD1BY4lg&feature=youtu.be
http://www.youtube.com/watch?v=RmcI0PV0-6A&feature=youtu.be
faktxeber.com